Kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınan Əhməd Əlizadə polisə könüllü təslim oldu

26.10.2026

ELAZ.İNFO xəbər verir ki, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə Bakıda ölümlə nəticələnən hadisə ilə əlaqədar olaraq saxlanılıb.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. O kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁 150