Hindistanın Polşadakı səfiri Neeta Bhuşan bu gün Varşavada, Polşa Seymində deputat Kinqa Qayevskanın sədrliyi ilə Polşa-Hindistan parlament qrupunun üzvləri tərəfindən qəbul edilib.
ELAZ.INFO xəbər verir ki, görüş zamanı Polşa tərəfi bu ilin əvvəlində Hindistanın xalq palatası (Lok Sabha) tərəfindən Parlamentlərarası Dostluq Qrupunun yaradılmasını məmnuniyyətlə qarşıladıqlarını bildiriblər. Görüşdə Hindistan və Polşa arasında sürətlə genişlənən əlaqələr, həmçinin biznes, turizm və mədəniyyət kimi müxtəlif mühüm sahələrdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə olduqca səmərəli və məhsuldar müzakirələr aparılıb.
Ruslan MƏMMƏDOV
