Salyan rayonunun Şorsulu kəndi ərazisində axşam saatlarında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ELAZ.İNFO xəbər verir ki, hərəkətdə olan “Opel” və “Toyota” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü — 1962-ci il təvəllüdlü, Neftçala rayonunun Qaçaqkənd kənd sakini Naib Məhəmməd oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Əraziyə hüquq-mühafizə organlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Ruslan MƏMMƏDOV


