Avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb

Avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb

ELAZ.İNFO xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi həyata keçirilib. Bununla da Fond cari ay üzrə bütün sosial ödənişləri tamamlayıb.

Məlumata görə, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçılara, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçılara və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərə ödənişlər verilib.

Son mərhələdə müavinət, təqaüd və ünvanlı sosial yardımların ödənilməsi ilə avqust ayı üzrə sosial ödənişlərin tam icrası təmin olunub.

Beləliklə, sosial ödəniş alan vətəndaşlar üzrə avqust ayına aid ödəniş mərhələsi başa çatıb.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın