"TGK-2" Şirkətinin Baş Direktorunun Birinci Müavini Marat Durayev Həbs Edilib

“TGK-2” Şirkətinin Baş Direktorunun Birinci Müavini Marat Durayev Həbs Edilib

Yaroslavlın Kirov Rayon Məhkəməsi “TGK-2” şirkətinin baş direktorunun birinci müavini Marat Durayevin barəsində həbs qətimkan tədbiri seçib. İcraçı vəzifəli şəxs xidməti səlahiyyətlərini aşmaqda ittiham olunur.

ELAZ.İNFO xəbər verir ki, məhkəmə zalından hakim Elena Sergeyeva Top-menecer barəsində 1 ay 19 gün müddətinə həbs qətimkan tədbiri qərarı çıxarıb. Marat Durayev xidməti səlahiyyətlərini aşmaqla bağlı 6 epizod üzrə təqsirləndirilir. Durayevin həmçinin “Gazprom energoholding” MMC-nin baş direktorunun müşaviri olduğu, evli olduğu və 4 övlad böyütdüyü bildirilir. Əvvəllər “TGK-2″nin resurs təminatı və logistika üzrə baş direktor müavini Natalya Skiboya da analoji olaraq 6 epizod üzrə səlahiyyətləri aşma ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. “TGK-2” Rusiyanın Şimal-Qərb və Mərkəzi Federal Dairələrində fəaliyyət göstərən, elektrik və istilik enerjisinin istehsalı ilə məşğul olan ən iri istilik-energetika şirkətlərindən biridir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın