Hindistanın Bakıdakı səfirliyi məşhur “BakuEvenings” mədəniyyət proqramı çərçivəsində, “BharatFilmotsav” festivalının bir hissəsi olaraq sevilən “Barfi” filminin xüsusi pulsuz nümayişini keçirib.
ELAZ.INFO xəbər verir ki, tədbirdə həm yerli azərbaycanlı, həm də Hindistan vətəndaşlarından ibarət geniş tamaşaçı auditoriyası iştirak edib.
Ekran işinin təsirli süjet xətti, aktyorların yüksək məharətlə nümayiş etdirdiyi performanslar, emosional hekayəsi və heyranedici musiqisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir boyu qonaqlara həmçinin Hindistan mətbəxinin ləziz təamları və şirniyyatları da təqdim olunub.
Ruslan MƏMMƏDOV
