PUA hücumundan sonra tanker və yanacaq rezervuarı alovlanıb

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində gecə saatlarında baş verən pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində tanker, yanacaq rezervuarı və inzibati bina alovlanıb.

ELAZ.INFO xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar özünün “Maks” kanalında məlumat yayıb. Qubernatorun qeyd etdiyi kimi, yanğın liman ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, limandakı hadisə nəticəsində xəsarət alan olmayıb. Liman ərazisindəki yanğınla yanaşı, PUA-lardan biri fərdi yaşayış evinə çırpılıb. Evə zərbə endirilməsi nəticəsində iki dinc sakinin xəsarət aldığı bildirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın