Qobustanda narkotik və silahla saxlanılan keçmiş məhkum həbs edildi

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

ELAZ.INFO xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər də məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə şübhəli şəxs qismində saxlanılıb. Polis əməkdaşları tərəfindən onun üzərinə və profilinə baxış keçirilən zamanı aşağıdakılar aşkar edilərək götürülüb: Güclü təsirici narkotik vasitə olan heroin; Qanunsuz olaraq əldə edilib saxlanılan “Makarov” markalı tapança; Həmin silaha aid döyüş patronları.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq hərəkətləri davam etdirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın