Kanadanın Toronto şəhərində hər il ənənəvi olaraq keçirilən “Fashion Art Toronto’s Fashion Week Spring/Summer 2026” (Yaz/Yay mövsümü) dəb həftəsinə start verilib.
ELAZ.INFO xəbər verir ki, mayın 25-i, bazar ertəsi günü başlayan bu möhtəşəm mədəniyyət və dəb hadisəsi mayın 31-nə qədər davam edəcək. Açılış günündə podiuma çıxan modellər müxtəlif dizaynerlərin yaz və yay kolleksiyalarına aid maraqlı, rəngarəng və yaradıcı əl işlərini nümayiş etdiriblər. Hər il dünyanın dörd bir yanından dəb sevərləri və sənət adamlarını bir araya gətirən tədbir, builki qeyri-adi dizayn xətləri ilə xüsusilə diqqət çəkir.
Ruslan MƏMMƏDOV
