Ali təhsil müəssisələrindən (universitetlərdən) müxtəlif səbəblərdən xaric edilmiş şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması məsələsinə qanunvericilikdə aydınlıq gətirilib.
ELAZ.INFO məlumat verir ki, bu qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ilə tənzimlənir.
Qanunun 21.5-ci maddəsinə əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə yenidən bərpa olunmadıqda, həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını tamamilə itirirlər. Möhlət hüququnu itirən həmin vətəndaşlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ruslan MƏMMƏDOV
