Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi — Azərbaycan tarixinin nadir mirasını özündə yaşadan və yüksək turizm potensialına malik olan unikal bir məkandır.
ELAZ.İNFO xəbər verir ki, burada aparılan arxeoloji qazıntılar nəticəsində orta əsrlərə aid yaşayış yerləri, müdafiə qurğuları və sənətkarlıq izləri üzə çıxarılıb.
Açıq səma altında yerləşən bu canlı muzey ziyarətçilərə əsrlər əvvəlki həyat tərzini hiss etmək, qədim Ağsunun inkişaf mərhələlərini yaxından görmək imkanı yaradır.
Tarixi irsin müasir turizmlə sintez olunduğu kompleks bölgənin həm elmi, həm də mədəni dəyərini daha da artırır.
Bu gün Ağsu Arxeoloji Kompleksi yerli və xarici turistlərin diqqətini çəkərək, regional turizm marşrutlarının inkişafında mühüm rol oynayan bir tarixi məkana çevrilə bilər.
Cəmilə MƏRDANQIZI