Nazir müavininin 6 milyardlıq sərvəti dövlətə keçdi

Rusiya nəqliyyat sektorunda yüksək vəzifə tutmuş məmurun qanunsuz yollarla topladığı nəhəng mülk siyahısı məhkəmə qərarı ilə müsadirə edilib. Rəsmi gəlirlərlə uyğun gəlməyən bu var-dövlət artıq rəsmən dövlət nəfinə keçirilib.

ELAZ.İNFO xəbər verir ki, Moskvadakı Nikulin Rayon Məhkəməsi keçmiş nəqliyyat naziri müavini Aleksey Semyonovun və onun yaxınlarının 6 milyard rubldan çox dəyəri olan əmlakının dövlət xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

Müsadirə edilən mülklər arasında Moskva, Krım, Soçi və Anapada yerləşən bahalı mənzillər, torpaq sahələri, lüks yaxta, premium avtomobillər və Harley-Davidson motosikleti var. Həmçinin nazir müavininin bahalı saatları və zinət əşyaları da əlindən alınıb. Bundan əlavə, artıq satılmış əmlakların əvəzi kimi 258,5 milyon rubl nəğd vəsait dövlət büdcəsinə qaytarılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights