Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun sədri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.
ELAZ.İNFO xəbər verir ki, aprelin 29-da baş tutan ziyarət zamanı nümayəndə heyəti üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Qonaqlar şəhid məzarları üzərinə tər çiçəklər düzərək öz hörmətlərini ifadə ediblə Ziyarət zamanı nümayəndə heyəti Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edib. Almaniyalı qonaqlara aşağıdakı mövzularda ətraflı məlumat verilib: Şəhidlər xiyabanının tarixi: Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzi olan bu məkanın yaranma tarixi və əhəmiyyəti. Abadlıq və quruculuq: Paytaxt Bakıda son illərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və şəhərin müasir siması.
Bu səfər Azərbaycan və Almaniya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi və regiondakı vəziyyətlə yaxından tanışlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Ruslan MƏMMƏDOV
