Universitet tələbələrinə sosial şəbəkədə təhdid: Polis tədbir gördü

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələrinə qarşı sosial şəbəkədə səsləndirilən təhdidlər araşdırılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin universitetə yeni qəbul olunan tələbələrə fiziki xəsarət yetirməklə hədələdikləri görünür.

Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb və görüntülərdə adı keçən şəxslər polisə dəvət olunublar.

Onlarla profilaktik söhbət keçirilib, barələrində inzibati protokollar tərtib olunub və gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq edilib.

Hadisənin diqqətçəkən tərəfi sosial şəbəkələrdə yayılan bu tip təhdidlərin real həyatda mümkün zorakılığa çevrilməsi riskidir.

Polisin müdaxiləsi nəticəsində məsələ ilə bağlı hüquqi tədbirlər görülüb.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın