Müasir dünyada elmi tərəqqinin istiqamətini müəyyən edən sahələr arasında tibb və həyat haqqında elmlər ön sıraya keçib. Rusiyanın Elm və Ali Təhsil naziri Valeri Falkovun fikrincə, bu sahədəki innovasiyalar bütün elmi sistemin inkişafını sürətləndirir.
ELAZ.İNFO xəbər verir ki, Valeri Falkov Seçenov Universitetinin konqres mərkəzində keçirilən strateji sessiyada tibb elminin qlobal əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, yerli elmi potensialdan istifadə edərək qabaqcıl reabilitasiya vasitələrinin yaradılması üçün dayanıqlı ekosistem formalaşdırılmalıdır.
Xüsusilə “Rostex” dövlət korporasiyası və “SİTO” SC ilə əməkdaşlıq çərçivəsində reabilitasiya texnologiyalarının tam dövrli istehsalı hədəflənir. Falkovun sözlərinə görə, universitetlərin elmi bazası güclənib və indi ölkə qarşısında duran vəzifələrin miqyası daha prinsipial və fərqlidir.
Tədbir çərçivəsində aparıcı ali məktəblər və şirkətlər öz innovativ məhsullarını nümayiş etdiriblər. Sərgidə yeni nəsil neyroelektrodlardan tutmuş müasir protez sistemlərinə və ilk yerli rəqəmsal mikroskopa qədər müxtəlif texnoloji nümunələr təqdim olunub.
Ruslan MƏMMƏDOV
