Aviasiya yanacağı istehsalında yeni dövr açan bu texnologiyanın mərkəzində dayanan əsas element xüsusi tərkibli katalizatordur. Şanxay Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri bu prosesi sənaye miqyasına daşımaq üçün unikal kimyəvi tərkib hazırlayıblar.
ELAZ.İNFO xəbər verir ki, mütəxəssislər kalium və alüminiumla zənginləşdirilmiş dəmir əsaslı xüsusi katalizator vasitəsilə karbon qazını yüksək səmərəli reaktiv yanacağına çevirməyə nail olublar.
Bu texnologiya istixana qazlarını yüksək karbonlu olefinlərə və təyyarə mühərrikləri üçün yararlı olan məhsullara çevirir. Alimlər bu kəşfi “misilsiz səmərəliliyə malik sadə strategiya” kimi qiymətləndirirlər. Çünki bu üsul karbon qazını qlobal problem olmaqdan çıxarıb, onu stabil və ucuz bir enerji mənbəyinə çevirmək potensialına malikdir.
Ruslan MƏMMƏDOV
