Pirallahıda yeni dərman zavodu açıldı: Yerli istehsalda yeni mərhələ

05.10.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda dərman istehsalının genişləndirilməsi istiqamətində daha bir addım atılıb. Oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin yeni dərman istehsalı müəssisəsinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.

Müəssisənin yaradılmasında əsas məqsədlərdən biri ölkənin dərman bazarında yerli istehsalın payını artırmaq və idxaldan asılılığı azaltmaqdır. Pirallahı Sənaye Parkının özü də məhz əczaçılıq sənayesinin inkişafına dəstək vermək məqsədilə yaradılıb.

Yeni müəssisə Türkiyə və Azərbaycan kapitallarının iştirakı ilə fəaliyyət göstərəcək. Şirkətin təsisçiləri arasında Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti, Azərbaycan Biznesinin İnkişafı Fondu və “SİA Pharmaceuticals” yer alır.

Hazırda Pirallahı Sənaye Parkında altı rezident qeydiyyatdadır. Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması isə Azərbaycanda əczaçılıq sektorunun sənaye parkları üzərindən genişləndirilməsi prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁19