Kahramanmaraşda yenə qan töküldü. 12 yaralı var

Türkiyənin Kahramanmaraş şəhərində iki qrup arasında baş verən silahlı dava qanlı bitib.

ELAZ.İNFO xəbər verir ki, Yavuz Səlim məhəlləsində meydana gələn hadisədə, aralarında əvvəllər ədavət olduğu bildirilən iki ailə küçənin ortasında bir-birinə odlu silahlardan atəş açıb. Axşam saat 19:15 radələrində baş verən hadisə zamanı tərəflərin tüfənglərdən istifadə etməsi nəticəsində hər iki ailədən toplam 12 nəfər bədəninin müxtəlif yerlərindən qırma yaraları alıb.

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar dərhal şəhərdəki müxtəlif xəstəxanalara çatdırılıb. Yaralılardan A.K.-nın vəziyyətinin ağır olduğu və təcili əməliyyata alındığı, digər 11 nəfərinin isə həyati təhlükəsinin olmadığı bildirilir. Polis qruplarının operativ müdaxiləsi nəticəsində hadisədə tüfəngdən istifadə etdiyi müəyyən edilən Ç.K. və S.Ç. qısa sürede saxlanılaraq nəzarətə götürülüb. Hazırda hadisədə iştirakı müəyyən edilən digər şübhəli Y.T.K.-nın tutulması və cinayət alətlərinin ələ keçirilməsi istiqamətində genişmiqyaslı araşdırmalar davam etdirilir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın