İran nümayəndə heyəti aprelin 22-də İslamabadda ABŞ ilə keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtina edib.
ELAZ.İNFO xəbər verir ki, Tehran bu qərar barədə artıq Pakistan tərəfini rəsmi şəkildə məlumatlandırıb. “Tasnim” agentliyinin mənbələrinə görə, danışıqlarda iştirak etməmək qərarı “qətidir” və dəyişməz qalacaq. Tehran rəsmiləri hazırda bu cür məsləhətləşmələrin bərpası üçün hər hansı perspektiv görmədiklərini bildiriblər. İmtinanın əsas səbəbi kimi Vaşinqtonun mövqeyi göstərilir. İran tərəfinin iddiasına görə, ABŞ-ın yürütdüyü siyasət tərəflər arasında “məqbul razılaşmanın əldə olunmasına maneçilik törədir”. Bu hadisə regionda gərginliyin davam etdiyi və tərəflər arasında diplomatik uçurumun dərinləşdiyi bir vaxta təsadüf edir.
Ruslan Məmmədov

