Oğuzda təbiətə ciddi ziyan vuran şəxslər saxlanılıb

Oğuz rayonunda ekoloji cinayətlərə qarşı keçirilən silsilə tədbirlər nəticəsində təbiətə külli miqdarda ziyan vuran üç nəfər müəyyən edilərək məsuliyyətə

ELAZ.İNFO xəbər verir ki, Rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağacın qanunsuz şəkildə kəsilməsi faktı ilə bağlı aparılan araşdırmalar zamanı təbiətə 5 min manatdan artıq maddi ziyan vurulduğu məlum olub və polis əməkdaşlarının həyata keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı kənd sakini A.Məmmədov saxlanılıb.

Digər bir fakt isə Yaqublu kəndi ərazisində aşkarlanıb ki, burada bələdiyyə mülkiyyətində olan 60 hektar torpaq sahəsinin qanunsuz zəbt edilməsi və 350 ədəd qaratikan kolunun məhv edilməsi nəticəsində ətraf mühitə 26 min manatdan çox ziyan dəydiyi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən daha iki nəfər polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd olunan hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hazırda araşdırmalar davam etdirilir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın