“Sabah” – “Slaviya” oyunu üçün 45 minə yaxın bilet satılıb


ELAZ.İNFO xəbər verir ki, Bakıda keçiriləcək “Sabah” – “Slaviya” qarşılaşmasına maraq gözləniləndən də yüksəkdir. UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq görüş üçün artıq 45 minə yaxın bilet satılıb.
Məlumata görə, paket biletlər də nəzərə alınmaqla, azarkeşlər indidən qarşılaşma üçün təxminən 45 min bilet əldə ediblər. “Sabah”ın turnirin əsas mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üzrə satılan biletlərin ümumi sayı isə 100 mini keçib.
“Sabah” Çempionlar Liqasının əsas mərhələsində ikinci ev matçını oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirəcək. Azərbaycan təmsilçisinin rəqibi Çexiyanın “Slaviya” komandası olacaq.
Bilet satışındakı göstərici qarşılaşmaya azarkeş marağının yüksək olduğunu göstərir. İndi əsas sual isə tribunaların qarşısında “Sabah”ın hansı nəticəni göstərəcəyi olacaq.
İslam MAHMUDOV





