Gəncədə dönərdən sonra iki yeniyetmə xəstəxanaya düşdü


ELAZ.İNFO xəbər verir ki, bir neçə saat əvvəl yedikləri qida iki yeniyetmənin səhhətində problem yaradıb. Gəncədə 15 yaşlı iki şəxs dönər yedikdən sonra özlərini pis hiss edərək xəstəxanaya yerləşdirilib.
Məlumata görə, T.Alməmmədov və M.Salmanlı zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə aparılıblar. Hər iki yeniyetmənin vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.
Hadisənin qida məhsulundan, onun saxlanma şəraitindən, yoxsa başqa səbəbdən qaynaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. Müvafiq qurumların yoxlamasından sonra zəhərlənmənin səbəbləri ilə bağlı daha dəqiq məlumatın açıqlanacağı gözlənilir.
İslam MAHMUDOV
19





