Yevlaxda bacısını bıçaqlayan yeniyetmənin məhkəmə işi yekunlaşıb

ELAZ.İNFO xəbər verir ki, Yevlaxda ailə daxilində baş vermiş ağır insidentlə bağlı məhkəmə prosesi başa çatıb. İş materiallarına görə, 15 yaşlı yeniyetmə sosial şəbəkədən istifadə ilə əlaqədar bacısı ilə mübahisə edib. Mübahisə zamanı o, bacısına bıçaqla xəsarət yetirib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə yeniyetməyə üç il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzanın icrası iki il sınaq müddəti müəyyənləşdirilməklə şərti hesab olunub.
Hadisə sosial şəbəkələrdən istifadə ətrafında ailə daxilində yaranan münaqişələrin nə qədər ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha gündəmə gətirib.
Günel GÜNTAC
60




