POLAD HƏŞİMOVDAN QALAN XATİRƏ ELMİ ARAŞDIRMAYA ÇEVRİLİB

23.11.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun ailəsinə bağlılığını əks etdirən şəxsi xatirəsi bu gün elmi araşdırmanın mövzusuna çevrilib.

Generalın vaxtilə öz əlləri ilə topladığı dərman bitkiləri Azərbaycan Tibb Universitetində tədqiq olunmağa başlanıb. Araşdırma onun həyat yoldaşının müraciəti əsasında həyata keçirilir. Tədqiqatçılar bitkilərin növlərini müəyyənləşdirib, onların farmakoloji xüsusiyyətlərini və ənənəvi təbabətdə istifadə istiqamətlərini araşdırıblar.

Məlum olub ki, nümunələr arasında cökə, adaçayı, itburnu, andız və digər bitkilər var.

Bu hekayənin diqqətçəkən tərəfi yalnız elmi nəticələr deyil. Bir vaxtlar ailəsi üçün toplanmış bitkilərin illər sonra universitet laboratoriyasında araşdırılması Polad Həşimovun həyatından qalan mənalı bir xatirəni yenidən gündəmə gətirib.

İlahə BAYINDIR

👁 220