Bakı ilə Roma arasında əməkdaşlıq gündəmi genişlənir

ELAZ.İNFO xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio Tajani noyabrın 22-də Azərbaycana səfərə gəlib. Səfərin proqramında Azərbaycan rəhbərliyi ilə görüşlər və İtaliya-Azərbaycan biznes forumunda iştirak nəzərdə tutulub.
İqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində tərəfdaşlığın müzakirəsi səfərin əsas istiqamətlərindəndir. Tədbirdə hər iki ölkədən 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı gözlənilir. Bu təmasların mövcud iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradacağı gözlənilir.
İlahə BAYINDIR
250




