Xaçmazda toqquşma: bir ailənin üzvləri yaralanıb

ELAZ.İNFO xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunda baş verən qəza bir ailənin bir neçə üzvünün xəsarət alması ilə nəticələnib.
Armudpadar kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində ümumilikdə yeddi nəfər xəsarət alıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir. Onların tibbi yardım üçün xəstəxanaya çatdırıldığı qeyd olunur.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə sürücülərin yol şəraitinə və hərəkət təhlükəsizliyinə diqqətinin vacibliyini bir daha önə çıxarır.
Günel GÜNTAC
250




