NAXÇIVANDA 4 500-DƏN ÇOX ŞAGİRD BİLİKLƏRİNİ SINAĞA ÇƏKİB

ELAZ.İNFO xəbər verir ki, Naxçıvanda IX sinif şagirdlərinin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı monitorinq təşkil olunub. Noyabrın 22-də keçirilən qiymətləndirmə prosesinə 4 500-dən artıq şagird qatılıb.
Monitorinq buraxılış imtahanının modelinə uyğun qurulub. Bununla şagirdlərin mövcud hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi və təhsil nəticələrinin mərkəzləşdirilmiş qaydada izlənilməsi hədəflənib.
Təşkilati işlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaratdığı Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməklə həyata keçirilib.
Bu cür qiymətləndirmələr şagirdlərə buraxılış imtahanı öncəsi öz biliklərini yoxlamaq, çətinlik çəkdikləri mövzuları müəyyənləşdirmək baxımından əlavə imkan yaradır.
Günel GÜNTAC




