Avropanın qarşısındakı sınaq: Qışa hazırlıq necə gedir?

Avropanın uzunmüddətli enerji təhlükəsizliyi bir ölkədən alınan qazın başqa ölkənin qazı ilə əvəzlənməsindən daha geniş məsələdir. Bunun üçün Norveç, ABŞ, Azərbaycan, Əlcəzair, Qətər və digər təchizatçılarla balanslaşdırılmış əməkdaşlıq, bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və daxili istehsal imkanlarının genişləndirilməsi vacibdir.
Əks halda, bugünkü siyasi qərarlar sabah yeni iqtisadi çətinliklər yarada bilər.
Avropa Rusiyadan enerji asılılığını azaltmaqla mühüm geosiyasi məqsədə doğru irəliləyir. Ancaq bu prosesin uğuru yalnız Rusiya qazının bazardan çıxarılması ilə deyil, Avropanın heç bir tək təchizatçıdan həddindən artıq asılı vəziyyətə düşməməsi ilə ölçülməlidir.
Bir sözlə, Avropa Rusiyanın enerji təsirindən uzaqlaşmaq istəyərkən ABŞ-ın LNG bazarındakı üstün mövqeyi ilə üz-üzə qalıb. Bu, Moskvanın əvvəlki mövqeyini bərpa etməsi demək deyil, lakin enerji asılılığının tam aradan qalxmadığını göstərir.
İlahə BAYINDIR




