Kür çayında itkin düşən şəxsin axtarışları davam edir

ELAZ.İNFO xəbər verir ki, Qazax rayonunun Birinci Şıxlı kəndində narahatlıq doğuran hadisə baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqub Məmmədov Kür çayında batıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə xilasedicilər cəlb edilib. Sularda Xilasetmə Birliyinin əməkdaşları itkin düşən şəxsin tapılması istiqamətində axtarış tədbirlərinə başlayıblar.
Günel GÜNTAC
170




