Gültac Məmmədəliyeva dünya çempionatında növbəti mərhələyə yüksəldi


ELAZ.İNFO xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin daha bir üzvü mübarizəni davam etdirir.
52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva ilk görüşündə İsrail təmsilçisi Gefen Primo ilə qarşılaşıb. Azərbaycanlı cüdoçu rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, mundialın ilk günündə Azərbaycan üçün böyük uğur yaşanıb. Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanaraq ölkənin bu çəki üzrə ilk dünya çempionu olub.
Dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir və yarış oktyabrın 11-də başa çatacaq.
İslam MAHMUDOV
15





