NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti ərəfəsində Türkiyəyə rəsmi səfərə gələn Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp paytaxt Ankarada ali səviyyədə qarşılanıb.
ELAZ.İNFO xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə rəsmi səfər edən amerikalı həmkarı Donald Trampı Prezident İqamətgahında (Cumhurbaşkanlığı Külliyesi) təşkil olunan rəsmi qarşılama mərasimi ilə salamlayıb. Mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ABŞ Prezidenti fəxri qarovul dəstəsini salamlayıb.
Rəsmi qarşılanma mərasimindən sonra liderlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə əsas diqqətin Ankarada keçiriləcək NATO sammitinin gündəliyinə, Türkiyə-ABŞ ikitərəfli siyasi, iqtisadi və hərbi-texniki əməkdaşlıq əlaqələrinə, həmçinin regional təhlükəsizlik məsələlərinə yönəldiləcəyi gözlənilir.
Ruslan MƏMMƏDOV


