ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin 130 illik yubileyi qeyd ediləcək.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda məlumat verilib. Sənədə əsasən, Əziz Əliyevin anadan olmasının 130 ili 2027-ci ilin yanvar ayında tamam olacaq.
Sərəncamda Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və elminin inkişafında xidmətləri, dövlət idarəçiliyində fəaliyyəti və yüksək insani keyfiyyətləri qeyd olunur.
Sənədə əsasən, yubileyin keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.
elaz.info


