ELAZ.İNFO xəbər verir ki, avqustun 21-də səhər saatlarında Bakının bir sıra əsas avtomobil yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadən xəbər yayılıb.
Məlumata görə, paytaxtın bir neçə istiqamətində avtomobillərin hərəkət intensivliyi artıb. Səhər saatlarında əsas magistrallarda nəqliyyat axınının çoxalması səbəbindən sürücülər üçün müəyyən çətinliklər yaranıb.
Aidiyyəti qurumlar paytaxt yollarındakı vəziyyəti izləyir. Sürücülərə hərəkət zamanı diqqətli olmaq və mümkün olduğu halda alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Günel GÜNTAC


