Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balınin 2027-ci ildə Rusiyada adambaşına düşən yaşayış minimumunun indeksasiya hesabına 20 min rublu keçə biləcəyini bildirib.
ELAZ.İNFO xəbərv verir ki, 2027-ci il üçün indeksasiya faizinin 5-7% aralığında olacağını təxmin edib.
İqor Balıninin proqnozlarına əsasən, 2027-ci ildə yaşayış minimumunun göstəriciləri aşağıdakı kimi formalaşa bilər: Adambaşına düşən yaşayış minimumu: 19 886 – 20 265 rubl Əməkhaqqı alan (əməkqabiliyyətli) əhali üçün: 21 676 – 22 089 rubl Təqaüdçülər üçün: 17 102 – 17 428 rubl Uşaqlar üçün: 19 290 – 19 657 rubl
Müqayisə üçün qeyd edək ki, 2026-cı ildə Rusiyada adambaşına düşən yaşayış minimumu 18 939 rubl (əməkqabiliyyətli əhali üçün 20 644 rubl, təqaüdçülər üçün 16 288 rubl, uşaqlar üçün 18 371 rubl) təşkil edir. Bu göstərici 2023-cü illə müqayisədə 32%, 2021-ci illə müqayisədə isə 63% artıb. Ekspert həmçinin əlavə edib ki, sosial ödənişlərin təyin edilməsi zamanı tez-tez Rusiya Federasiyasının subyektləri tərəfindən müəyyən edilən regional yaşayış minimumu göstəriciləri əsas götürülür.
Ruslan MƏMMƏDOV


