PUA-lar Nevinnomısskin Sənaye Zonasına Hücum Edib

Stavropol diyarının Nevinnomıssk şəhərinin sənaye zonasına vurulmağa cəhd edilən PUA (pilotsuz uçuş aparatı) hücumunun qarşısı hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən alınır.

ELAZ.İNFO xəbər verir ki, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov özünün “Maks” kanalında verdiyi açıqlamada bir neçə pilotsuz uçuş aparatının vurularaq zərərsizləşdirildiyini bildirib. Diyarın rəhbəri əhalini diqqətli olmağa çağırıb. öğ=Qubernator sakinlərdən yerə düşmüş PUA qalıqlarına və naməlum obyektlərə yaxınlaşmamağı xahiş edib. HHM qüvvələri düşmən PUA-larının sənaye zonası obyektlərinə yetirə biləcəyi ziyanın qarşısını almaq üçün fəaliyyətlərini sürdürür.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın