Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
ELAZ.İNFO xəbər verir ki, millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək onların qaldırdığı müraciətlər ətrafında geniş fikir mübadiləsi aparıb. Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Millət vəkili K.Nurullayeva Nizami rayonu, Qara Qarayev prospekti 52, Elşən Süleymanov küçəsi 137, 139, Nəsimi küçəsi 20, 22, 33, 37 və Kamil Balakişiyev küçəsi 49/18 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlərlə yerindəcə tanış olub. Qeyd olunub ki, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülüb və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.


Könül Nurullayeva şəhid ailələri və qazilərlə görüşündə ölkə başçısının onlara xüsusi diqqət ayırdığını, hər zaman hər bir vəzifəli şəxsin onların xidmətində durmağını tapşırdığını xüsusi vurğulayıb. Görüş zamanı bəzi seçicilərin problemləri yerindəcə öz həllini tapıb.
Ruslan MƏMMƏDOV


