Qazaxıstanda ölkənin ali nümayəndəli və qanunverici organı olan Qurultaya seçkilər baş tutub. İlk ekzit-pol (exit-poll) nəticələrinə əsasən, gözlənildiyi kimi, hakimiyyətin və Prezident Kasım-Jomart Tokayevin kursunu dəstəkləyən “Ədalət” (Adilet) partiyası 70%-dən çox səs toplayaraq inamlı qələbə qazanıb.
ELAZ.İNFO xəbər verir ki, cəmi 4 ay əvvəl təsis olunmasına baxmayaraq, “Ədalət” partiyasının bu cür yüksək nəticə göstərməsi Prezident Tokayevin ölkədəki nüfuzunun və siyasi iradəsinin bariz göstəricisi kimi qiymətləndirilir. Seçkilərdə iştirak edən digər partiyalar 1%-dən 6%-ə qədər səs toplayaraq səsvermənin yekunlarını qəbul ediblər. Rəsmi nəticələrin də ekzit-pol göstəricilərindən ciddi fərqlənməyəcəyi proqnozlaşdırılır. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) müşahidəçiləri seçkilərin ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan ediblər.
Ekspertlər bildirirlər ki, formalaşan yeni və işlək Qurultay hökumətin və prezidentin “Yeni, Ədalətli Qazaxıstan” quruculuğu istiqamətində həyata keçirdiyi köklü islahatlara, korrupsiyaya qarşı mübarizəyə və hüquqi bazanın möhkəmləndirilməsinə tam dəstək verəcək. Prezident Tokayev bu seçkilərlə köhnə sistemin qalıqlarını aradan qaldırmaq və ölkənin dayanıqlı inkişafını təmin etmək üçün xalqdan növbəti güclü мандат almış oldu.
Ruslan MƏMMƏDOV


