Uşaqlar Həlak Oldu! Anbarında Yanğın Baş Verib

Avqustun 24-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar vilayətinə kütləvi hücum həyata keçirib. Hücumun əsas hədəfi mülki obyektlər olub.

ELAZ.İNFO xəbər verir ki, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev PUA qalıqlarının xüsusi uşaq mərkəzinə, yaşayış binalarına və anbarlara düşdüyünü bildirib. Krasnodarda xüsusi uşaq mərkəzinə PUA qalıqlarının düşməsi nəticəsində 2 uşaq həlak olub. Daha 7 uşaq və 2 böyüklər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qalıqlar həmçinin tikilməkdə olan və istifadədə olan çoxmərtəbəli yaşayış binalarına ziyan vurub. Hücum zamanı “Ozon” elektron ticarət platformasının logistika mərkəzinə də zərbə dəyib və nəticədə anbarlarda yanğın başlayıb. İlk məlumatlara görə, anbar əməkdaşları arasında xəsarət alan olmayıb. Şirkət həmin anbarda olan malların müvəqqəti olaraq platformadan yığışdırıldığını bəyan edib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və operativ xidmətlər yanğınların söndürülməsi və fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir. Faktla bağlı prokurorluq tərəfindən “qaynar xətt” yaradılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın