Qaqik Tsarukyaya cinayət işi açıldı

Qaqik Tsarukyaya cinayət işi açıldı

ELAZ.İNFO xəbər verir ki, Tsarukyanın İrəvandakı sarayından canlı şir və pələng aşkarlanıb

Ermənistanda iş adamı və siyasətçi Qaqik Tsarukyana qarşı daha bir cinayət işi başlanıb. Bu dəfə ittiham qanunsuz ov və vəhşi heyvanların saxlanılması ilə bağlıdır.

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Qaqik Tsarukyanın malikanəsində aparılan axtarışlardan sonra vəhşi heyvan və quşların qanunsuz ovlanması faktı üzrə yeni cinayət işi açılıb.

İstintaq çərçivəsində malikanədən əvvəlcədən sakitləşdirici vurulmuş üç şir və bir pələng çıxarılıb. Bundan başqa, mənşəyi açıqlanmayan 190 heyvan və quş müqəvvası da aşkarlanaraq götürülüb.

Aydan

Bizi izləyin və paylaşın