ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda uzaqdan işləyən şəxslərin ölkəyə cəlb olunması məqsədilə “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsi nəzərdə tutulur.
Bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən 2026–2030-cu illər üçün Turizmin İnkişafı Dövlət Proqramında məlumat verilib.
Yeni viza mexanizminin yaradılması beynəlxalq turizm tendensiyalarına uyğun olaraq Azərbaycanda uzunmüddətli qalmaq və məsafədən işləmək imkanlarına maraq göstərən xarici vətəndaşların ölkəyə cəlb edilməsinə hesablanıb.
Dövlət Proqramında, həmçinin elektron viza sisteminin təkmilləşdirilməsi, gəlmə turizminin stimullaşdırılması və Azərbaycanın xarici turistlər üçün daha əlçatan istiqamətə çevrilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.
İlahə BAYINDIR


