Elaz.info xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, köçürülən ailələr işğaldan əvvəl yaşadıqları ərazilərə qayıdırlar. Budəfəki köç prosesi çərçivəsində Xankəndi şəhəri ilə yanaşı, Xocalı və Ağdərənin müxtəlif yaşayış məntəqələrinə ailələrin yerləşdirilməsi həyata keçirilir.
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması davam etdirilir.
Qeyd edək ki, bu istiqamətdə köç prosesinin qarşıdakı dövrdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
İlahə BAYINDIR


