150 il əvvəl “Köhnə kişilərin” xalq qəhrəmanı elan etdiyi, aşıqların adına dastan qoşduğu Qaçaq Nəbi indiki saxtakarların, gədə-güdələrin qəhrəmanı ola bilməz!
Tarixi mənbələr birmənalı olaraq təsdiq edir ki, Qaçaq Nəbi xalq qəhrəmanıdır, yəni XIX yüzildə rus müstəmləkəçiliyinə, çarizmə sədaqətini sübut edən indiki şərəfsiz, yaltaq məmurların babalarının zülmünə, binamusluğuna, haqsızlığına qarşı silahlı üsyan edən o taylı, bu taylı Azərbaycan xalqının qəhrəmanı…
Sərdar Cəlaloğlu isə Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsini anlamayacaq səviyyəsində alçaq yerdə qərarlaşan, Zəngəzur qartallarının gözündə bir sərçəcik…
Bu cür sərçəciklər çoxdur, gələcəkdə də yenə olacaq. Bunlara qarşı nə etmək lazımdır?!
Qubadlı icra hakimiyyətinin sifarişi ilə bir neçə il öncə yazılmış Qubadlı tarixi haqqında bərbad vəziyyətdə olan kitab kimi yox, etibarlı və vacib arxiv sənədlərinin əks olunduğu Qubadlı tarixi ensiklopediyası hazırlanmalıdır. Qaçaq Nəbi kimi onlarla tarixi şəxsiyyətlər isə həmin kitabda real işıqlandırılmalıdır. Ermənilərə ən tutarlı cavab şübhəsiz ki, Qubadlının tarixini yenidən gerçək faktlara əsaslanaraq yazmaqdır, onun-bunun ağzına baxıb və kəm ağlına qulaq asıb yazmaq deyil.
Son söz olaraq bir məsələni qeyd edim ki, Qaçaq Nəbinin Həcər xanımdan övladı dünyaya gəlməyib, ümumiyyətlə isə ikinci və ya üçüncü arvadı da olmayıb ki, övladı olsun. Ağzınıza nə gəldi danışmayın, Nəbinin Həcər xanımdan nəticəsi və ya kötücəsi yoxdur, bu yaxınlarda Elturan soyadlı bir şəxs rəhmətə getdi, sağlığında illər öncə mənimlə də əlaqə saxlamışdı, Qaçaq Nəbinin nəslindən olduğunu sübut etmək üçün tarixçi kimi ona necə kömək etməyimi xahiş etmişdi, mən isə ona arxivlərə gedib bu barədə sənədələri tapmağı, araşdırmağı tövsiyyə etmişdim. Ona yalnız etibarlı arxiv sənədləri əldə etdiyi təqdirdə bu barədə danışmağı demişdim. Amma o öz “işində” idi… Qubadlı icra hakimi isə nə etdi, öz ağlı kəsəni, yəni dəlili, sübutu olmadan həmin şəxsi Qaçaq Nəbinin varisi elan etdi. Bu əsl biabırçılıq idi. Uzaqgörən olmayan savadsız məmurlar tarixi saxtakarlığa yön verəndə sərdarların və qurbanların da sayı artıb çoxalacaq. Hər kəs öz işi ilə məşğul olsun, ya da öz “biznesi” ilə… Qaçaq Nəbi nə sərdarkimilərinin, nə də qoca vaxtında başı qarnında biznes gəlirlərinin hesabını aparan məmurların müzakirə mövzusu deyil…
Qaçaq Nəbinin qəhrəmanlığı 150 il əvvəl müzakirə mövzusu idi, indiki şərəfsiz məmurların, gədə-güdələrin yox, Rusiya imperiyasına və onun qulbeçələrinə qarşı mübarizə aparan əsl “köhnə kişilərin”…
Ramin ƏLİZADƏ
Tarixçi-tədqiqatçı


