Azərbaycan cüdoçusu Ekvadorda dünya çempionu olub

Azərbaycan cüdoçusu Ekvadorda dünya çempionu olub

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

50 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Rzazadə yarışın ilk günündə bütün rəqiblərini geridə qoyaraq dünya çempionu adını qazanıb.

Azərbaycan təmsilçisinin bu nəticəsi ölkə cüdosunun yeniyetmələr arasında beynəlxalq səviyyədə növbəti uğurlarından biri kimi qiymətləndirilir.

Qeyd edək ki, dünya çempionatı Ekvadorun Quayakil şəhərində keçirilir və yarışda müxtəlif ölkələrdən yeniyetmə cüdoçular mübarizə aparırlar.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın