“Zenit”in “Spartak”a Məğlubiyyəti Haqqında Təhlil

Rusiya Premyer Liqasının (RPL) 5-ci turunun mərkəzi matçında Moskva “Spartak”ı öz meydanında Sankt-Peterburq “Zenit”ini 2:0 hesabı ilə məğlub edib.

ELAZ.İNFO xəbər verir ki, “Zenit”in bu gözlənilməz məğlubiyyətinin təsadüfi olmadığını, komandada dərin oyun böhranının yaşandığını vurğulayıb. “Spartak” ilk hissədə oyuna tam nəzarət edib. 12-ci dəqiqədə Vilyamar Barriosun öz qapısına vurduğu qolla hesab açılıb, 38-ci dəqiqədə isə Roman Zobnin fərqi iki topa çatdırıb. Matçın 88-ci dəqiqəsində “Zenit”in hücumçusu Maksim Qluşenkov ikinci sarı vərəqəni alaraq meydandan qovulub və komandasını azlıqda qoyub. Sergey Semakın yetirmələri mərkəzdə təşəbbüsü əldən veriblər, komandada hərəkətlilik və aqressivlik çatışmayıb. Hücum xəttindəki ideya qıtlığı və müdafiə səhvləri məğlubiyyəti qaçılmaz edib. Bu qələbədən sonra “Spartak” xallarının sayını 12-yə çatdıraraq 2-ci pilləyə yüksəlib, 9 xalda qalan “Zenit” isə 4-cü sıraya geriləyib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın