Rusiyalı Avarçəkənlər Üçüncü Dəfə Dünya Çempionatında Neytral Statusda İştirak Edəcəklər

Niderlandın Amsterdam şəhərində start götürən akademik avarlıq üzrə Dünya Çempionatı rusiyalı idmançıların neytral bayraq altında mübarizə apardığı növbəti turnir olacaq.

ELAZ.İNFO xəbər verir ki, Rusiyalı idmançılar bundan əvvəl 2023-cü ildə Belqradda və 2025-ci ildə Şanxayda keçirilən dünya birinciliklərində də analoji neytral statusda çıxış ediblər. Rusiya komandası adaptasiya keçmək üçün Niderlanda daha tez getməyi planlaşdırsa da, vizaların gec verilməsi səbəbindən Amsterdam şəhərinə iki gün gecikmə ilə yola düşməli olub. Çempionatda 12 rusiyalı avarçəkən mübarizə aparacaq. Onların arasında fərdi, cütlük və dördlük kateqoriyalarında yarışan təcrübəli idmançılar yer alır. İyulun 31-dən avqustun 2-dək İtaliyanın Vareze şəhərində keçirilən Avropa çempionatında rusiyalı idmançılar 1 qızıl (Mariya Jovner) və 1 bürünc medal qazanıblar. Rusiya Akademik Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin növbəti mövsümdən etibarən idmançıların beynəlxalq yarışlarda heç bir məhdudiyyət olmadan iştirak edəcəklərinə ümid etdiyini bildirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın