Gəncədə 28 yaşlı kişi bıçaqlanıb

21.08.2026

ELAZ.İNFO xəbər verir ki, Gəncədə 28 yaşlı kişi bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə şəhər ərazisində baş verib. 1998-ci il təvəllüdlü R. Zeynalov qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə tibb müəssisəsinə çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi və xəsarətin kim tərəfindən yetirildiyi barədə araşdırma aparılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁6
Teqlər: