Akademik Yevgeni Roqayev: "120 illik ömür insan növü üçün genetik maksimal hədd olaraq qalır"

120 illik ömür insan növü üçün genetik maksimal hədd olaraq qalır”

Tibb elminin sürətli inkişafına və orta ömür uzunluğunun artmasına baxmayaraq, insan orqanizminin bioloji və genetik imkanlarının son həddi minilliklər ərzində dəyişməz qalıb. Biologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Roqayev bəyan edib ki, 120 yaş insan növü üçün maksimal ömür həddidir və bu göstərici birbaşa genetik proqramlaşdırma ilə bağlıdır.

ELAZ.İNFO xəbər verir ki, Novosibirsk Dövlət Universitetində keçirilən beynəlxalq konfransda çıxış edən alim tibbin heç bir uğurunun bu maksimal həddi ötə bilmədiyini vurğulayıb. Roqayevin sözlərinə görə, elmdə rəsmi təsdiqini tapmış 114 yaş və təsdiqlənməmiş 120 yaşdan yuxarı heç bir etibarlı uzunömürlülük faktı qeydə alınmayıb. Bu isə o deməkdir ki, insan növünün yaşlanma və yaşama limiti onun genomunda kodlaşdırılıb.

Akademik qeyd edib ki, müasir tibbin ən böyük nailiyyəti maksimal ömrü uzatmaq deyil, orta ömür uzunluğunu artırmaq olub. İnkişaf etmiş ölkələrdə xəstəliklərlə, xüsusilə uşaq yaşlarında infeksiyalarla effektiv mübarizə sayəsində orta ömür müddəti artıq 80-85 yaşa çatdırılıb. Mütəxəssislər gen mühəndisliyi və bioinformatika sahəsindəki araşdırmaların gələcəkdə bu limitlərin daxili mexanizmlərini daha dərindən anlamağa imkan verəcəyini bildirirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın