Salyanda gənc məzunlar üçün “Karyera planlanması” tədbiri keçirilib

Ölkəmizdə gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına inteqrasiyası və düzgün peşə seçimi istiqamətində mühüm addımlar atılmağa davam edir. Xüsusilə regional peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunması dövlət qurumlarının diqqət mərkəzindədir.

ELAZ.İNFO xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı və Salyan Peşə Liseyinin birgə təşkilatçılığı ilə işaxtaran məzun tələbələr üçün “Karyera planlanması” mövzusunda maarifləndirici tədbir keçir

Tədbirin əsas məqsədi liseyi bitirmək üzrə olan və iş axtaran gənclərə müasir əmək bazarının tələblərini izah etmək, onlara ilk addımlarında dəstək olmaqdır. Görüş çərçivəsində gənclərə aşağıdakı istiqamətlərdə faydalı məlumatlar verilib: Müasir standartlara uyğun CV (tərcümeyi-hal) formalarının hazırlanması; İşəgötürənlərlə ilkin müsahibə zamanı uğur qazanmağın sirləri; Əmək bazarında hazırda ən çox tələbat olan peşə və ixtisaslar; Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi aktiv məşğulluq proqramları.

Şirvan-Salyan Regional Məşğulluq filialının nümayəndələri çıxış edərək bildiriblər ki, bu növ layihələr gənclərin iş tapmaq prosesini sürətləndirir və onları rəqabətədavamlı kadra çevirir. Məzunların liseydə qazandıqları praktiki biliklərin əmək bazarında düzgün reallaşdırılması üçün regional filial tərəfindən mütəmadi olaraq vakansiyalar və özünüməşğulluq proqramları barədə məsləhətlər davam etdiriləcək.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və iş axtarışı prosesində rəsmi portallardan istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın