İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 24-də başa çatıb.

Dövlət səfərinin yekununda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxara Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva tərəfindən yola salınıblar.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi keçirilib.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından mühüm tədbirlərlə yadda qalıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın