Azərbaycanın sosial təminat sisteminin maliyyə dayanıqlığını əks etdirən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı ilin ilk üç ayı üzrə hesabatı məlum olub. Rəqəmlər həm daxilolmalarda, həm də vətəndaşlara yönələn ödənişlərdə ciddi artımın olduğunu göstərir.
ELAZ.İNFO xəbər verir ki, cari ilin I rübündə DSMF-nin gəlirləri proqnozu üstələyərək 2 milyard 132 milyon manat təşkil edib. İndi sosial büdcənin yalnız dövlət dotasiyalarından asılı olduğunu düşənənlər bir məqama diqqət etsinlər ki, fondun gəlirlərinin böyük hissəsi — 1 milyard 559 milyon manatı məhz məcburi dövlət sosial sığorta daxilolmaları hesabına formalaşıb. Bu, ölkədə əmək bazarının leqallaşması və sığorta-pensiya sisteminin özünü maliyyələşdirmə imkanlarının artması deməkdir.
Fondun xərclərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz (189 milyon manat) artım müşahidə olunub və ümumi xərclər 2 milyard 53 milyon manata çatıb. Bu artım birbaşa olaraq pensiya və müavinətlərin indeksləşdirilməsi, eləcə də sosial ödənişlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.
Ruslan Məmmədov
